Logo
    main-post-cover

    Redmi Note 13 Pro Geekbench testlərindən keçib

    Cihazlar+
    19.09.2023
        Redmi Note 13 smartfon seriyasının təqdimatına sayılı günlər qalıb. Dünən məlum oldu ki, bu seriyaya daxil olacaq Redmi Note 13 Pro+ modeli Geekbench testlərindən keçib. İndi isə məlum olub ki, Geekbench testlərindən həmçinin Redmi Note 13 Pro modeli də keçib. Qeyd etmək lazımdır ki, keçən həftə Qualcomm şirkəti Snapdragon 7s Gen 1 adlı yeni prosessorunu təqdim etmişdi. Redmi Note 13 Pro isə sözügedən prosessoru əldə edəcək ilk smartfon olacaq.
        Geekbench testlərindən Redmi Note 13 Pro-nun 16 GB RAM-a sahib versiyası keçib. Smartfon bençmarkın bir nüvəli testi çərçivəsində 1012 xal, çox nüvəli testi çərçivəsində isə 2943 xal toplayıb. Maraqlısı ondadır ki, Redmi Note 13 Pro-dan fərqli olaraq Redmi Note 13 Pro+ modeli Geekbench-in bir nüvəli testində 10% daha aşağı, çox nüvəli testi çərçivəsində isə 10% daha çox xal toplayır. Redmi Note 13 smartfon seriyasının təqdimatı 21 sentyabr tarixində baş tutacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Redmi Note 13 Pro Geekbench testlərindən keçib | Technote