Logo
    main-post-cover

    Redmi Note 13 Pro-nun bəzi texniki özəllikləri məlum olub

    Cihazlar+
    03.07.2023
    Emil
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi artıq Redmi Note 13 smartfon seriyası üzərində çalışır. Gözləntilərə əsasən sözügedən seriyaya daxil olacaq modellərdən biri də Redmi Note 13 Pro olacaq. İndi isə insayderlər Redmi Note 13 Pro-nun bəzi texniki göstəriciləri barəsində məlumatları təqdim ediblər. Beləliklə onların sözlərinə əsasən smartfon 6000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Redmi 12 Pro modeli 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunur.
        Yeni smartfonda dəstəklənəcək sürətli şarj texnologiyasının göstəricisi isə Redmi Note 12 Pro-daki kimi olacaq. Yəni Redmi Note 13 Pro modeli 67 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. İnsayderlər həmçinin Redmi Note 13-ün hansı prosessor vasitəsilə çalışacağını da açıqlayıblar. Onların sözlərinə əsasən smartfon MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Redmi Note 12 Pro modeli MediaTek Dimensity 1080 prosessoru vasitəsilə çalışır. Əlavə olaraq insayderlər bildiriblər ki, Redmi Note 13 Pro modeli 6.7 düym ekran ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər