Logo
    main-post-cover

    Redmi Note 13 Pro-nun qlobal versiyası Geekbench testlərindən keçib

    Cihazlar+
    01.11.2023
    Emil
         Xiaomi-nin Redmi brendi sentyabr ayında təqdim edilmiş Redmi Note 13 smartfon seriyasının qlobal versiyasının təqdimatına hazırlaşır. İndi isə bu seriyaya daxil olan Redmi Note 13 Pro 5G modelinin qlobal versiyasının Geekbench 6 testlərindən keçdiyi məlum olub. Geekbench testlərindən keçmiş smartfon 2312DRA50G model nömrəsinə sahibdir. Model nömrəsinin sonundakı G hərfi smartfonun MIUI-nin qlobal versiyası vasitəsilə çalışdığına işarə edir.
         Geekbench testlərindən Redmi Note 13 Pro 5G-nin qlobal versiyasının 8 GB RAM-a sahib modeli keçib. Bununla yanaşı smartfon Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır və özündə Android 14-ü birləşdirir. Beləliklə smartfon Geekbench 6 bençmarkının bir nüvəli testi çərçivəsində 1021 xal, çox nüvəli testi çərçivəsində isə 2855 xal toplayıb. Redmi Note 13 smartfon seriyasının qlobal bazarda nə zaman təqdim olunacağı hələ dəqiq bilinmir.
    Paylaş