
Redmi Note 13 Pro+ smartfonu qlobal bazarda təqdimata hazırlaşır
Cihazlar+
20.10.2023
Emil
Dünən məlum oldu ki, Redmi Note 13 smartfonu ABŞ Federal Şəbəkə Komissiyasının (FCC) məlumatlar bazasında ortaya çıxıb. Bu isə o deməkdir ki, smartfon qlobal bazarda təqdim olunmağa hazırlaşır. İndi isə məlum olub ki, FCC-nin məlumatlar bazasında həmçinin Redmi Note 13 Pro+ smartfonu da aşkar edilib. Bu isə o deməkdir ki, qlobal bazarda Redmi Note 13 ilə yanaşı həmçinin Redmi Note 13 Pro+ modeli də təqdim olunmağa hazırlaşır.
FCC-nin məlumatlar bazası sayəsində məlum olub ki, Redmi Note 13 Pro+ smartfonunun qlobal versiyası 8/12 GB RAM və 512 GB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfon özündə MIUI 14 dəstəyini və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirəcək. Digər texniki göstəricilər baxımından çox güman ki, Redmi Note 13 Pro+ modelinin qlobal versiyası Çin versiyasından heç fərqlənməyəcək.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
