main-post-cover

    Redmi Note 13 Pro+ smartfonunun qlobal bazarda hansı qiymətə satılacağı məlum olub

    Cihazlar+
    19.12.2023
    Emil Nəcəfov
         Payız fəslinin əvvəlində Çində satışa çıxmış Redmi Note 13 Pro+ smartfonu qlobal bazarda təqdim olunmağa hazırlaşır. Lakin sözügedən smartfon Amazon saytında vaxtından əvvəl ortaya çıxıb. Nəticədə smartfonun qlobal versiyasının hansı qiymətə satılacağı məlum olub. Qeyd etmək lazımdır ki, Redmi Note 13 Pro+ smartfonu Amazon-un bir neçə ölkə üzrə versiyasında ortaya çıxıb.
         Məsələn smartfonun 8 GB RAM-a və 256 GB daxili yaddaşa sahib versiyasının Hollandiya və Fransada qiyməti 499 avro, İtaliya və İspaniyada qiyməti isə 449 avro qeyd edilib. Çində Redmi Note 13 Pro+ smartfonunun 8 GB RAM-a sahib versiyası satılmır. Belə ki, orda smartfonun minimal RAM yaddaşı 12 GB-dan başlayır. Çində 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib modelin qiyməti 275$ (250 avro) təşkil edir. Qeyd etmək lazımdır ki, Redmi Note 13 smartfonlarının qlobal versiyaları gələn ay təqdim olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yaxın zamanda HyperOS-in qlobal versiyasını əldə edəcək cihazların rəsmi siyahısı təqdim edilib
    yaxin-zamanda-hyperos-in-qlobal-versiyasini-elde-edecek-cihazlarin-resmi-siyahisi-teqdim-edilib
    Redmi Note 13 4G və Redmi Note 13 Pro 4G-nin keyfiyyətli fotoları ortaya çıxıb
    redmi-note-13-4g-ve-redmi-note-13-pro-4g-nin-keyfiyyetli-fotolari-ortaya-cixib
    POCO-nun 21 smartfonu HyperOS-i əldə edəcək
    poco-nun-21-smartfonu-hyperos-i-elde-edecek
    Redmi-nin 70 smartfonu HyperOS-i əldə edəcək
    redmi-nin-70-smartfonu-hyperos-i-elde-edecek
    Xiaomi-nin 40 smartfonu HyperOS-i əldə edəcək
    xiaomi-nin-40-smartfonu-hyperos-i-elde-edecek