
Redmi Note 13 Pro+ smartfonunun qlobal versiyasının nə zaman təqdim olunacağı açıqlanıb
Cihazlar+
06.12.2023
Emil
Xiaomi-nin Redmi brendi Hindistanda Redmi 13C 5G smartfonunu təqdim edən zaman Redmi Note 13 Pro+ smartfonunun qlobal versiyasının nə zaman təqdim olunacağını da açıqlayıb. Qeyd etmək lazımdır ki, Redmi Note 13 smartfon seriyasının tərkibinə daxil olan Redmi Note 13 Pro+ modeli sentyabr ayında Çində təqdim olunmuşdu. Smartfon hələ ki, yalnız Çin bazarında satılır. Lakin şirkətin bugünki elanına əsasən Redmi Note 13 Pro+ smartfonunun qlobal versiyası gələn ay təqdim olunacaq. Dəqiq təqdimat tarixi daha sonra veriləcək.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
