Logo
    main-post-cover

    Redmi Note 13 Pro və Note 13 Pro+ barəsində məlumatlar ortaya çıxıb

    Cihazlar+
    25.08.2023
    Emil
        Çinin TENAA adlı sertifikatlaşdırma agentliyində Redmi Note 13 smartfon seriyasının iki modeli qeydiyyatdan keçib. Söhbət, Redmi Note 13 ProRedmi Note 13 Pro+ modellərindən gedir. Beləliklə TENAA-nın məlumatlar bazasına əsasən sözügedən smartfonlar 1.5K keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunacaqlar. Bununla yanaşı smartfonlar özlərində 200 MP + 8 MP + 2 MP üçlü arxa kameranı birləşdirəcəklər. TENAA-da bu yeni smartfonların batareya həcmləri də qeyd edilib. Beləliklə məlumata əsasən smartfonlardan biri 4880 mAh, digəri isə 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Redmi Note 13 smartfon seriyasının yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər