Logo
    main-post-cover

    Redmi Note 13 Pro+ barəsində məlumatlar verilib

    Cihazlar+
    03.07.2023
        Artıq məlumdur ki, Redmi brendi Redmi Note 13 smartfon seriyası üzərində çalışır və insayderlər bu seriyaya daxil olacaq modellərdən biri olan Redmi Note 13 Pro-nun bəzi texniki göstəriciləri barəsində artıq məlumat veriblər. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Redmi Note 13 Pro+ modeli barəsində məlumatları təqdim edib. Təqdim edilmiş məlumatlarda smartfonun hansı prosessor vasitəsilə çalışacağı və hansı həcmdə batareyaya sahib olacağı əks olunub. Beləliklə insayderin sözlərinə əsasən Redmi Note 13 Pro+ modeli MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. O özündə 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bununla yanaşı smartfon 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Redmi Note 13 Pro+ barəsində məlumatlar verilib | Technote