Logo
    main-post-cover

    Redmi Note 13 Pro+ smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    18.09.2023
        Redmi Note 13 smartfon seriyası artıq bir neçə gündən sonra təqdim ediləcək. Bu seriyaya daxil olacaq Redmi Note 13 Pro+ modeli isə artıq Geekbench testlərindən keçib. Bunun sayəsində smartfonun performansını qiymətləndirmək mümkün olub. Geekbench testlərinə sayəsində bir daha təsdiqlənib ki, Redmi Note 13 Pro+ modeli MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Testlərdən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Beləliklə Redmi Note 13 Pro+ smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 1122 xal, çox nüvəli testi çərçivəsində isə 2636 xal toplayıb. Smartfon Android 13 əməliyyat sisteminə sahibdir. Qeyd etmək lazımdır ki, Redmi Note 13 smartfon seriyası 21 sentyabr tarixində təqdim ediləcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Redmi Note 13 Pro+ smartfonu Geekbench testlərindən keçib | Technote