
Redmi Note 13 smartfon seriyasının təqdimatına az müddət qalmış Xiaomi şirkəti Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında Redmi Note 13 Pro+ smartfonunun əsas arxa kamerası vasitəsilə çəkilmiş fotoların nümunələrini təqdim edib. Qeyd etmək lazımdır ki, Redmi Note 13 Pro+ smartfonu 200 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Təqdim edilmiş foto nümunələr smartfonun əsas arxa kamerasının müxtəlif ssenarilər çərçivəsində imkanlarını sərgiləmək üçün təqdim edilib. Qeyd etmək lazımdır ki, Redmi Note 13 smartfon seriyasının təqdimatı 21 sentyabr tarixində baş tutacaq.