Redmi Note 13 Pro+ smartfonunun özəlliklərindən biri məlum olub

Redmi Note 13 Pro+ smartfonunun özəlliklərindən biri məlum olub

Mobil Cihazlar
19.09.2023 PAYLAŞIM

    Xiaomi şirkəti Redmi Note 13 smartfon seriyası barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə şirkət bu seriyaya daxil olacaq Redmi Note 13 Pro+ modelinin sahib olacağı vacib özəlliklərdən birini açıqlayıb. Söhbət, smartfon gövdəsinin sudan qorunma özəlliyindən gedir. Şirkətin təqdim etmiş olduğu posterə əsasən Redmi Note 13 Pro+ smartfonunun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq.


    Bu isə o deməkdir ki, smartfon 30 dəqiqə ərzində 1.5 metr su dərinliyinə tab gətirə biləcək. Digər texniki göstəricilərə gəldikdə isə smartfonun 1.5K keyfiyyətli 6.67 düym OLED ekran, MediaTek Dimensity 7200 Ultra prosessoru, 200 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Redmi Note 13 smartfon seriyası 21 sentyabr tarixində təqdim olunacaq.



DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×