
Redmi Note 13 Pro+ smartfonunun sxematik fotosu və texniki göstəriciləri ortaya çıxıb
Xiaomi-nin Redmi bu ilin payız fəslində Redmi Note 13 smartfon seriyasını təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayder isə bu smartfon seriyasına daxil olacaq Redmi Note 13 Pro+ modelinin texniki göstəricilərini təqdim edib. Bununla yanaşı internetdə Redmi Note 13 Pro+ modelinin sxematik fotosu ortaya çıxıb.
Ortaya çıxmış sxematik fotoda smartfon həm ön həm də arxa paneldən əks olunub. Beləliklə insayderin vermiş olduğu məlumata əsasən sözügedən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli ekran ilə təchiz olunacaq və ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq. Sxematik fotodan da görmək olar ki, ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək.
İnsayder əlavə edib ki, Redmi Note 13 Pro+ smartfonu 4 qat zoom-a sahib 200 MP-lik əsas arxa kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bəzi məlumatlara əsasən Redmi Note 13 seriyasının bütün smartfonları oxşar dizayna sahib olacaqlar. Lakin Redmi Note 13 ilə Note 13 Pro-nun yastı ekran ilə təchiz olunacaqları gözlənilir.
Paylaş
Bənzər xəbərlər