
Redmi Note 13 smartfonlarının qlobal versiyaları qutudan HyperOS-i əldə etməyəcəklər
Cihazlar+
26.12.2023
Emil
Redmi Note 13 smartfon seriyasının qlobal versiyasının təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır. Qeyd etmək lazımdır ki, Redmi Note 13 smartfonlarının qlobal versiyaları 4 yanvar tarixində təqdim olunmalıdırlar. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Redmi Note 13 smartfonlarının qlobal versiyaları qutudan HyperOS vasitəsilə çalışmayacaqlar. Bununla yanaşı smartfonlar yaxın zamanda da HyperOS-i əldə etməyəcəklər. İnsayderlər bildiriblər ki, qlobal versiyalar qutudan MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışacaqlar. Bununla yanaşı məlumatda qeyd edilib ki, Redmi Note 13 smartfonlarının qlobal versiyalarının 4 il ərzində dəstəklənməsi planlaşdırılır. 3 il Android dəstəyi, 4 il təhlükəsizlik dəstəyi.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
