
Redmi Note 13 Turbo-nun real fotosu şirkət rəsmisi tərəfindən təqdim edilib
Cihazlar+
28.03.2024
Emil
Redmi brendinin top menecerlərindən biri yaxın zamanda satışa çıxacaq yeni smartfonun real fotosunu təqdim edib. Bəzi məlumatlara əsasən təqdim edilmiş fotoda əks olunmuş smartfon məhz Redmi Note 13 Turbo-dur. Təqdim edilmiş fotodan da görmək olar ki, smartfon yastı gövdəni və nazik çərçivəyə sahib ekranı əldə edib. Ekranın yuxarı mərkəz hissəsində isə kiçik dairəvi çıxıntı yerləşir. Son məlumat sızıntılarına əsasən Redmi Note 13 Turbo-nun Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacağı, 50 MP-lik əsas arxa kameranı əldə edəcəyi və 90 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
