
Redmi Note 13-ün qlobal versiyası təqdimata hazırlaşır
Xiaomi keçən ay Redmi Note 13 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya daxil olan modellərdən biri də adi Redmi Note 13-dür. İndi isə məlum olub ki, sözügedən modelin qlobal versiyasının təqdimatı hazırlanır. Belə ki, Redmi Note 13-ün qlobal versiyası ABŞ-ın Federal Şəbəkə Komissiyasının məlumatlar bazasında aşkar edilib. Məlumatlar bazasında smartfon 2312DRAABG model nömrəsinə sahibdir.
Model nömrəsinin sonundakı G hərfi smartfonun məhz qlobal versiyasından xəbər verir. Məlumatlar bazasında qeyd edilib ki, Redmi Note 13-ün qlobal versiyası Wi-Fi, GPS, NFC, LTE, 5G və MIUI 14 dəstəyini əldə edəcək. Texniki göstəricilərə gəldikdə isə smartfonun qlobal versiyası ilə Çin versiyası arasında heç bir fərq olmamalıdır. Redmi Note 13-ün qlobal versiyasının nə zaman təqdim olunacağı dəqiq bilinmir.
Xiaomi
redmi note
redmi note series
redmi note 13 global
redmi note 13 global version
redmi
redmi by xiaomi
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...