Logo
    main-post-cover

    Redmi Note 13-ün qlobal versiyasının hansı ad altında təqdim olunacağı məlum olub

    Cihazlar+
    25.09.2023
    Emil
        Xiaomi-nin Redmi brendi keçən həftə Redmi Note 13 smartfon seriyasını təqdim etdi. Seriyaya daxil olan modellərdən biri də Redmi Note 13 oldu. İndi isə şirkət onun qlobal versiyası üzərində çalışır. IMEI məlumatlar bazasında olan məlumatlara əsasən şirkət hal hazırda 2312DRAF3G model nömrəsinə sahib smartfon üzərində çalışır. Məlumatda qeyd edilib ki, smartfon qlobal bazarda POCO X6 5G adı altında satışa çıxacaq. Məlumata əsasən POCO X6 5G modeli Redmi Note 13-dən əsas arxa kamera ilə fərqlənəcək. Belə ki, Redmi Note 13-ün 108 MP-lik əsas arxa kameraya sahib olduğu halda POCO X6 5G modeli 64 MP-lik əsas arxa kameraya sahib olacaq. POCO X6 5G-nin nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər