
Redmi Note 13-ün qlobal versiyasının yeni təqdimat tarixi elan edilib
Cihazlar+
07.01.2024
Emil
Xiaomi-nin Redmi brendi Redmi Note 13 smartfon seriyasının qlobal versiyasının yeni təqdimat tarixini elan edib. Daha öncə sözügedən smartfon seriyasının qlobal versiyasının 4 yanvar tarixində təqdim olunacağı gözlənilirdi. Lakin nəticədə bu, baş vermədi. Redmi-nin təqdim etmiş olduğu yeni məlumata əsasən isə Redmi Note 13 smartfon seriyasının qlobal versiyası 15 yanvar tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, qlobal bazarda minimum 3 ədəd Redmi Note 13 modelinin təqdim olunacağı gözlənilir. Söhbət, Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ modellərindən gedir.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
