
Redmi Note 13-ün texniki göstəriciləri ortaya çıxıb
Keçən həftə məlum oldu ki, Xiaomi-nin Redmi brendi artıq aktiv şəkildə Redmi Note 13 smartfon seriyası üzərində çalışır. Bir neçə gün bundan öncə isə bu seriyanın Redmi Note 13 Pro ilə Note 13 Pro+ modelləri barəsində məlumatlar verildi. İndi insayderlər adi Redmi Note 13 barəsində məlumatları təqdim ediblər. İnsayderlərin sözlərinə əsasən Redmi Note 13 modeli Redmi Note 13 seriyasının ən ucuz smartfonu olacaq. O, Snapdragon 695 prosessoru vasitəsilə çalışacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Redmi Note 12 modeli Snapdragon 4 Gen 1 prosessoru ilə təchiz olunur. Bununla yanaşı yeni smartfon 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalı və 67 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləməlidir. Redmi Note 13 smartfon seriyasının bu ilin payız fəslində təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər