Logo
    main-post-cover

    Redmi Note 13R Pro-nun qlobal versiyası POCO X6 Neo-nun real fotosu ortaya çıxıb

    Cihazlar+
    05.03.2024
    Emil
         Xiaomi şirkətinin POCO brendinin hələ təqdim olunmamış yeni smartfonunun real fotosu ortaya çıxıb. Söhbət, POCO X6 Neo-dan gedir. Təqdim edilmiş fotoda smartfonun arxa paneli əks olunub. Məlumata əsasən POCO X6 Neo smartfonu Çində satılan Redmi Note 13R Pro smartfonunun qlobal versiyası olacaq. Məlumata əsasən POCO X6 Neo smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym OLED ekranı əldə edəcək, MediaTek Dimensity 6080 prosessoru vasitəsilə çalışacaq və özündə 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smartfonun həmçinin 108 MP + 2 MP ikili arxa kameraya sahib olacağı gözlənilir. POCO X6 Neo-nun bu ay ərzində təqdim olunacağı güman edilir.
    Paylaş