Logo
    main-post-cover

    Redmi Note 13R Pro smartfonunun render fotoları ortaya çıxıb

    Cihazlar+
    15.11.2023
    Emil
         Çinin China Telecom adlı dövlət şirkətinin saytında hələ təqdim edilməmiş Redmi Note 13R Pro smartfonunun render fotoları ortaya çıxıb. Onun Redmi Note 12R Pro-nun davamçısı olacağı gözlənilir. Bundan əlavə olaraq sözügedən smartfonun texniki göstəriciləri də qeyd edilib. Beləliklə məlumata əsasən Redmi Note 13R Pro smartfonu Full HD+ keyfiyyətli 6.67 düym ekran, 12 GB RAM, 128 GB daxili yaddaş həcmi, 108 MP + 2 MP ikili arxa kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumatda qeyd edilib ki, smartfon MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışacaq.
    Paylaş