main-post-cover

    Redmi Note 13R Pro təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    21.11.2023
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Redmi Note 13R Pro smartfonunun təqdimatına hazırlaşır. İndi isə sözügedən smartfon rəsmi şəkildə təqdim olunub. Redmi Note 13R Pro smartfonu yüksək təsvir yenilənməsinə sahib ekranı və balanslaşdırılmış texniki göstəriciləri ilə seçilir. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym OLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib və onun maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir.
         Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon həmçinin özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi Note 13R Pro MediaTek Dimensity 6080 prosessoru, 256 GB RAM, 108 MP + 2 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi Note 13R Pro artıq Çin bazarında 275$ qiymətində satışa çıxıb. Onun qlobal bazarda POCO brendi altında satılacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi K70 smartfon seriyasının təqdimat müddəti açıqlanıb
    redmi-k70-smartfon-seriyasinin-teqdimat-muddeti-aciqlanib
    Redmi K70-in bəzi texniki imkanları Geekbench testləri ilə təsdiqlənib
    redmi-k70-in-bezi-texniki-imkanlari-geekbench-testleri-ile-tesdiqlenib
    Redmi K70-in dizaynını sərgiləyən render fotolar ortaya çıxıb
    redmi-k70-in-dizaynini-sergileyen-render-fotolar-ortaya-cixib
    Redmi Note 13R Pro smartfonunun render fotoları ortaya çıxıb
    redmi-note-13r-pro-smartfonunun-render-fotolari-ortaya-cixib
    Xiaomi-nin ilk elektromobilinin yeni keyfiyyətli fotoları ortaya çıxıb
    xiaomi-nin-ilk-elektromobilinin-yeni-keyfiyyetli-fotolari-ortaya-cixib