
REDMI Note 14S-in render fotoları və texniki imkanları təqdim edilib
Cihazlar+
06.03.2025
Emil
Xiaomi-nin REDMI brendi qlobal bazarda artıq REDMI Note 14 4G, Note 14 Pro 4G, Note 14 5G, Note 14 Pro 5G və Note 14 Pro+ 5G modellərini təqdim edib. Verilmiş yeni məlumata əsasən isə REDMI brendi Note 14S modelini təqdim etməyə hazırlaşır. Sözügedən modelin render fotoları və texniki imkanları artıq təqdim edilib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, REDMI Note 14S smartfonu yastı gövdə dizaynını və müvafiq olaraq yastı ekranı əldə edəcək. Smartfonun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşəcək.

Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Məlumatda qeyd edilib ki, REDMI Note 14S smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Smartfon MediaTek Helio G99 Ultra prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edəcək. Məlumata əsasən REDMI Note 14S modeli 200 MP + 8 MP + 2 MP üçlü arxa kameraya, 16 MP-lik ön kameraya və 67 vatt gücündə sürətli şarj tenxologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
POCO M7 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO M7 5G-dən gedir. Bu, keçən ilin dekabr ayında təqdim edilmiş POCO M7 Pro 5G modelinin sadələşdirilmiş versiyasıdır.

Proqram Təminatı
HyperOS 2.1-i əldə etməyəcək cihazların siyahısı təqdim edilib
Xiaomi, HyperOS 2.1 əməliyyat sisteminin yeni versiyasını elan edib. Bu yeniləmə bir sıra təkmilləşdirmələr və yeni funksiyalar təqdim edir.

Cihazlar+
POCO M7 5G smartfonunun təqdimatı anons edilib
Xiaomi-nin POCO brendi dekabr ayının ortasında POCO M7 Pro 5G smartfonunu təqdim etmişdi. İndi isə brend onun adi versiyasını təqdim etməyə hazırlaşır. Söhbət, POCO M7 5G-dən gedir.

Nəqliyyat
Xiaomi SU7 Ultra-nın final versiyası təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti SU7 Ultra adlı idman elektromobilini hələ keçən ilin iyul ayında sərgiləmişdi. Lakin həmin vaxtda sərgilənmiş SU7 Ultra sadəcə prototip şəklində idi. İndi isə Xiaomi Çində SU7 Ultra modelinin final versiyasını rəsmi olaraq təqdim edib.

Cihazlar+
Wi-Fi dəstəyinə sahib Xiaomi Buds 5 Pro naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Xiaomi Buds 5 Pro adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Bu yeni naqilsiz qulaqlıq iki versiyada təqdim edilib. Standart versiya və Wi-Fi dəstəyinə sahib versiya.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
