
Redmi Note 9 smartfon seriyasının bəzi modellərinin dəstəyi dayandırılıb
Redmi brendinin proqram təminatı dəstəyindən məhrum olduğu cihazları siyahısına daha bir neçə smartfon modeli daxil olub. Siyahıya daxil olmuş smartfonlar bundan sonra Android, MIUI və təhlükəsizlik yenilənmələrini əldə etməyəcəklər. Beləliklə Xiaomi-nin EOS (End of Service) siyahısına bu dəfə Redmi Note 9 Pro, Note 9S, Note 9S Pro və Note 9S Pro Max smartfonları daxil olublar. Bununla yanaşı Xiaomi bildirib ki, Mi Note 10 Lite smartfonunun da dəstəyi dayandırılıb. Qeyd etmək lazımdır ki, Redmi Note 9 smartfon seriyası 2020-ci ildə təqdim edilmişdi. Nəticə etibarilə şirkət bu seriyaya daxil olan smartfonları 3 il ərzində dəstəkləmiş oldu.
Paylaş
Bənzər xəbərlər