“REDMI Note” seriyasının dünya üzrə tədarük həcmi 460 milyon ədədi keçdi, “Xiaomi” orta qiymət seqmentində liderlik mövqeyini möhkəmləndirdi
PEKİN - 2025-ci ilin 3-cü rübündə 14% bazar payı ilə dünyanın üçüncü ən böyük smartfon istehsalçısı olan “Xiaomi” (“Omdia”) şirkəti smartfonları, elektrik mühərrikli avtomobilləri və ağıllı ev cihazlarını birləşdirən “Human × Car × Home” ekosistemini inkişaf etdirərək qlobal texnologiya brendi kimi mövqeyini möhkəmləndirməyə davam edir.
2025-ci ilin sentyabr ayına olan məlumata görə, “Xiaomi”nin aylıq aktiv istifadəçilərinin sayı 740 milyon nəfəri keçib. REDMI brendi 2023-cü ildə 1 milyard ədəd smartfon tədarükü ilə şirkətin qlobal inkişafında əsas rol oynayıb. “REDMI Note” seriyasının töhfəsi də əhəmiyyətli olub. Belə ki, 18 dekabr 2025-ci il tarixinədək ümumi qlobal tədarük sayı 100-dən çox ölkədə 460 milyon ədəd cihazı keçib.
Bu uğuru davam etdirərək, “Xiaomi” cari ayda yeni “REDMI Note 15” seriyasını təqdim edəcək.
“REDMI Note” seriyası performans, keyfiyyət və əlçatanlıq baxımından davamlı inkişafı sayəsində dünya üzrə istifadəçilərin etimadını qazanıb”, - “Xiaomi”nin qlobal marketinq departamentindən REDMI üzrə marketinq direktoru Sintiya Çen qeyd edib.
İlk qlobal buraxılışdan dünya bazarının fəthinədək
Performans, keyfiyyət və əlçatanlığın balansını təcəssüm etdirən “REDMI Note” seriyası smartfonların qlobal yayılmasının genişlənməsində mühüm rol oynamışdır. İlk beynəlxalq buraxılış 2014-cü ildə Sinqapurda baş tutdu ki, həmin vaxt bir dəqiqədən az müddətdə 5 000 ədəd cihaz satıldı. Həmin ilin sonunda bu seriya Hindistanda böyük səs-küyə səbəb oldu. Bu ölkədə ilk partiya cəmi 8 saniyə ərzində satılaraq, yüksək istehlakçı tələbini bir daha təsdiqləmiş oldu. 5,5 düymlük displeyə və həmin vaxt üçün ciddi hesab olunan 3 000 mA·s-dən çox tutumlu batareyaya malik, özündə əlçatan qiymətlə yüksək performansı birləşdirən ilk “REDMI Note” modeli seriyanın uzunmüddətli inkişafının təməlini qoymuş oldu.
Aktiv qlobal genişlənmə 2017-2018-ci illərə təsadüf etdi. 2017-ci ilin may ayında “REDMI Note 4” seriyası “Xiaomi”nin Meksika vasitəsilə Latın Amerikası bazarına rəsmi çıxışı zamanı əsas məhsul oldu. Elə həmin ilin noyabr ayında seriya İspaniyada debüt etməklə Avropa bazarına yol açmış oldu. Hazırda dünyanın 100-dən çox ölkəsində təqdim olunan “REDMI Note” “Xiaomi”nin rəsmi mağazaları, aparıcı elektron ticarət platformaları və mobil operatorlarla tərəfdaşlıqlar da daxil olmaqla, omni-kanal şəbəkəsi vasitəsilə satılır.
Orta seqmentin flaqman innovasiyalar vasitəsilə yeni məna kəsb etməsi
Coğrafi genişlənmədən əlavə, “REDMI Note” seriyası orta və premium seqment smartfonlar arasındakı fərqi azaltmağa xidmət edir. Flaqman texnologiyaları daha əlçatan qiymət kateqoriyalarına tətbiq etməklə bu seriya “Xiaomi”nin “Innovation for Everyone” (Hər kəs üçün innovasiya) fəlsəfəsini praktikada həyata keçirir və qlobal smartfon bazarında oyun qaydalarını dəyişir.
Əsas istiqamətlərdən biri də mobil fotoqrafiya oldu. “REDMI Note” seriyası dəfələrlə öz seqmentində standartlar müəyyən edib. REDMI Note 12 Pro+ 5G modeli seriyanın tarixində ilk dəfə olaraq optik təsvir sabitləşdirilməsi (OIS) imkanına malik 200 MP-lik kamera təqdim etməklə əlamətdar mərhəlyə qədəm qoymuş oldu. 1/1,4″ flaqman sensorun və 120W HyperCharge imkanın ahəngi sayəsində bu cihaz əvvəllər yalnız premium modellərdə mövcud olan texnologiyaları orta seqmentə gətirdi.
Gündəlik istifadə üçün etibarlılıq səviyyəsinin yüksəldilməsi
Etibarlılığın yüksəldilməsi performansın inkişafı ilə paralel gedirdi. “REDMI Note 7” seriyası orta seqmentdə ilk olaraq ön və arxa hissədə Corning® Gorilla® Glass 5 qoruyucu təbəqəsi ilə təmin edilmişdi ki, bu da 2019-cu il üçün nadir həll hesab olunurdu. “REDMI Note 10 Pro” isə seriyanı IP53 su sıçramasına qarşı davamlılıq sertifikatı və gücləndirilmiş korpus konstruksiyası ilə tamamlamışdı.
REDMI Note 13 Pro+ 5G-nin bazara çıxması irəliyə doğru əhəmiyyətli addım atılmış oldu. Belə ki, bu model “REDMI Note” seriyasının IP68 toza və suya davamlılıq sertifikatına malik, həmçinin Corning® Gorilla® Glass Victus® şüşəsi ilə təchiz edilmiş ilk qlobal cihazı oldu. REDMI Note 14 Pro+ 5G və REDMI Note 14 Pro 5G modelləri isə bu yanaşmanı inkişaf etdirərək Corning® Gorilla® Glass Victus® 2 şüşəsi və IP68 sertifikatı almış oldular.
Yeni fəsil: “REDMI Note 15” seriyası
“REDMI Note 15” seriyasının cari ayda baş tutması planlaşdırılan qlobal təqdimatı, seriyanın inkişafında yeni mərhələ açır, etibarlılıq, performans və istifadəçi təcrübəsində əlavə təkmilləşdirmələr hesabına onun mövqeyini gücləndirir. “REDMI Titan Durability” texnologiyası sayəsində seriyaya daxil olan cihazlar uzunmüddətli batareya ömrünü, zərbələrə qarşı gücləndirilmiş qorunmanı, həmçinin gündəlik etibarlılığa fokuslanmaqla su və toza qarşı yüksək davamlılığı təmin edir.
“REDMI Note 15” seriyası münasib qiymətli smartfonlar və premium flaqmanlar arasındakı fərqi daha da azaldaraq, silisium-karbon batareyaları, “Xiaomi IceLoop” soyutma sistemi, həmçinin sabit performans və intellektual istifadə ssenarilərini hədəfləyən AI-funksiyaları kompleksi daxil olmaqla, geniş flaqman texnologiyalar təklif edir. Seriyanın qiymət diapazonu 199-499 ABŞ dolları arasındadır ki, bu da geniş qlobal auditoriyanı əhatə etməyə imkan verir.
Seriyanın tarixində ən qabaqcıl aparat konfiqurasiyasına malik olan REDMI Note 15 Pro+ 5G məhsul xəttinin flaqmanına çevrilmiş oldu. Smartfon dünya üzrə debüt edən HPE sensoruna əsaslanan 200 MP-lik son dərəcə aydın kameraya, su və toza qarşı kompleks IP66/IP68/IP69/IP69K müdafiəsinə, həmçinin seriyanın smartfon standartlarını daha da yüksəltmək səyini təsdiqləyən “SGS 5-Stars Premium Performance” sertifikatına malikdir.
İnkişafın təməli: R&D sahəsinə və qabaqcıl istehsalata uzunmüddətli investisiyalar
“REDMI Note” seriyasının davamlı inkişafı “Xiaomi”nin tədqiqat və istehsalat sahəsində uzunmüddətli strategiyasına əsaslanır. Brendin əlçatan qiymət seqmentində qabaqcıl texnologiyaları tətbiq etmək bacarığı əsas texnologiyalara, mühəndislik həllərinə və istehsal güclərinə böyük həcmli investisiyalar sayəsində təmin edilir.
Maliyyə hesabatlarına görə, 2025-ci ilin ilk üç rübü ərzində “Xiaomi” elmi-tədqiqat və istehsal (R&D) sahələrinə 23,5 milyard yuan (təxminən 3,3 milyard ABŞ dolları) investisiya edib, 2026-cı ildə isə bu göstəricini 40 milyard yuana (təxminən 5,7 milyard ABŞ dolları) çatdırmağı planlaşdırır.
Bu investisiyalar “Xiaomi”nin qlobal tədqiqat infrastrukturu ilə dəstəklənir: şirkətin dünya üzrə 11 şəhərdə 730-dan çox laboratoriyası fəaliyyət göstərir. R&D ekosistemini şirkətin müasir istehsal gücləri tamamlayır. Bura Pekində yerləşən “Xiaomi EV Factory” (2023-cü ildə istifadəyə verilib), Uhandakı ağıllı məişət texnikası fabriki (2025-ci ilin oktyabr ayında istifadəyə verilib), həmçinin smartfon istehsalının əsas mərkəzi olan “Xiaomi Smart Factory” (Pekin) daxildir ki, burada hər 6 saniyədə konveyer vasitəsilə yeni məhsullar istehsal olunur.
Ümumilikdə bu aktivlər “Xiaomi”nin işlənib hazırlanmadan kütləvi istehsala qədər olan bütün istehsal prosesi boyunca innovasiyaları genişləndirmək və keyfiyyəti yüksəltmək qabiliyyətini gücləndirir.
Qlobal inkişafın növbəti mərhələsinə doğru
Ümumi qlobal satış həcmi 460 milyon ədədi keçən “REDMI Note” seriyası “Xiaomi”nin “Innovation for Everyone” fəlsəfəsini təcəssüm etdirir və qabaqcıl texnologiyaları hamı üçün əlçatan edir. R&D sahəsinə davamlı investisiyalara və inteqrasiya olunmuş istehsal imkanlarına əsaslanan məhsul xətti inkişaf etməyə və öz seqmentində gözləntiləri yüksəltməyə davam edir.
“REDMI Note 15” seriyasının qlobal satışa çıxarılması bu yolda növbəti addım olmaqla əlçatan və yüksək performanslı smartfonlar üçün yeni standartlar müəyyən etməkdə davam edir.
Qiymət və əlçatanlıq
Bu smartfonları 16 yanvar tarixindən etibarən “Kontakt”, “İrşad”, “Baku Electronics” və “Soliton” kimi rəsmi pərakəndə satış şəbəkələrindən əldə edə bilərsiniz. Məhsullar və xüsusi təkliflər haqqında məlumatlı olmaq üçün tərəfdaş mağazalarda və rəsmi onlayn platformalardakı yenilikləri izləyin.
Diskleymer
Məlumatlar “Xiaomi”nin daxili statistikasına əsaslanır.
Məhsulların qiyməti və əlçatanlığı bazara və satış kanalına görə dəyişə bilər.
Paylaş