
REDMI Pad 2 planşetinin render fotoları, texniki imkanları və satış qiyməti ortaya çıxıb
Cihazlar+
20.05.2025
Emil
Xiaomi-nin REDMI brendi öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, REDMI Pad 2-dən gedir. İndi isə internetdə bu yeni planşetin ilk render fotoları, texniki imkanları və satış qiyməti ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, REDMI Pad 2 yastı gövdəni əldə edəcək və onun arxa panelinin yuxarı sol hissəsində oval formalı kamera sahəsi yerləşəcək. Planşetin texniki imkanlarına gəldikdə isə məlumatda qeyd edilib ki, REDMI Pad 2 planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 11 düym ölçülü ekranla təchiz olunacaq. Planşet MediaTek Helio G100 prosessoru vasitəsilə çalışacaq və 4/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edəcək. Planşet özündə 8 MP-lik arxa kameranı, 5 MP-lik ön kameranı və 18 vatt gücündə sürətli şarj texnologiyalı 9000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Məlumata əsasən REDMI Pad 2-nin qiyməti 229 avrodan start götürəcək.



Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
