
REDMI Pad 2 Pro planşeti təqdim olunub - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi qlobal bazarda yeni planşetini təqdim edib. Söhbət, REDMI Pad 2 Pro-dan gedir. Bu yeni planşet böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI Pad 2 Pro planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 12.1 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Planşet özündə Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiricini birləşdirir. Planşet Snapdragon 7s Gen 4 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI Pad 2 Pro özündə 8 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 33 vatt gücündə sürətli şarj texnologiyalı 12000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI Pad 2 Pro artıq satışa çıxıb və onun qiyməti 279 avrodan start götürür.

Paylaş