Logo
    main-post-cover

    Redmi Pad Pro planşeti qlobal bazarda satışa çıxıb

    Cihazlar+
    21.05.2024
    Emil
         Xiaomi şirkətinin Redmi brendi aprel ayında Çində Redmi Pad Pro planşetini təqdim etmişdi. İndi isə məlum olub ki, sözügedən planşet qlobal bazarda (Avropa bazarında) satışa çıxıb. Planşetin qlobal bazar üçün nəzərdə tutulmuş versiyası texniki göstəricilər mövzusunda Çində satılan versiyadan heç də fərqlənmir. Belə ki, Redmi Pad Pro-nun qlobal versiyası 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 12.1 düym LCD ekranla təchiz olunub və Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır. Planşetin qlobal versiyası özündə 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir.
         Planşetin ekranı Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub və onun gövdəsi IP52 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Kameralar mövzusunda Redmi Pad Pro 8 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə planşet 33 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyaya sahibdir. Redmi Pad Pro-nun Avropanın müxtəlif ölkələrində əldə etmək olar. Planşetin qlobal versiyasının 6 GB RAM-a və 128 GB daxili yaddaş həcminə sahib versiyası 300 avroya, 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyası isə 350 avroya satılır.
    Paylaş