main-post-cover

    Redmi Pad Pro planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.04.2024
    Farid Pardashunas
         Redmi brendi Redmi Turbo 3 smartfonu ilə yanaşı üstəlik Redmi Pad Pro planşetini də təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı, böyük həcmli batareyası və Qualcomm prosessoru ilə seçilir. Beləliklə Redmi Pad Pro planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 12.1 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və o, Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub. Planşet özündə Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiricini və stilus dəstəyini birləşdirir.
         Redmi Pad Pro planşeti Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB (1.5 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 8 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə planşet 33 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi Pad Pro qutudan Android 14 vasitəsilə çalışır. Hal hazırda Redmi Pad Pro yalnız Çin bazarında satışa çıxıb. Lakin onun qlobal bazarda da satılacağı istisna deyil. Planşetin Çindəki qiymətləri aşağıdakı kimidir.
    - 6 GB RAM + 128 GB yaddaş - 207$
    - 8 GB RAM + 128 GB yaddaş - 221$
    - 8 GB RAM + 256 GB yaddaş - 249$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Turbo 3 smartfonu təqdim edilib - QİYMƏTİ
    redmi-turbo-3-smartfonu-teqdim-edilib-qiymeti
    Təqdimatdan bir gün öncə Redmi Pad Pro planşetinin bəzi texniki imkanları təqdim edilib
    teqdimatdan-bir-gun-once-redmi-pad-pro-plansetinin-bezi-texniki-imkanlari-teqdim-edilib
    Təqdimatdan bir gün öncə Redmi Turbo 3-ün ekran özəllikləri təqdim edilib
    teqdimatdan-bir-gun-once-redmi-turbo-3-un-ekran-ozellikleri-teqdim-edilib
    Xiaomi öz yeni naqilsiz qulaqlığının təqdimatını anons edib
    xiaomi-oz-yeni-naqilsiz-qulaqliginin-teqdimatini-anons-edib
    Redmi Turbo 3-ün rəsmi fotoları sərgilənib
    redmi-turbo-3-un-resmi-fotolari-sergilenib