
Redmi Pad Pro planşetinin təqdimatı anons edilib
Redmi brendi Redmi Turbo 3 smartfonunun konkret təqdimat tarixini elan edib. Təqdimat 10 aprel tarixində baş tutacaq. Lakin məlum olub ki, həmin tarixdə şirkət təkcə Redmi Turbo 3-ün təqdimatı ilə yetinməyəcək. Belə ki, şirkət üstəlik həmin tarix üçün Redmi Pad Pro planşetinin təqdimatını da anons edib. Təqdim edilmiş posterə əsasən Redmi Pad Pro planşeti 3 gövdə rəngi variantında satışa çıxacaq və stilus ilə qoşula bilən klaviaturanı dəstəkləyəcək.Texniki özəlliklərə gəldikdə isə Redmi Pad Pro-nun 2.5K keyfiyyətli 12 düym ekranla təchiz olunacağı və özündə 10 000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...