main-post-cover

    Redmi Turbo 3 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.04.2024
    Farid Pardashunas
         Redmi brendi Çində Redmi Turbo 3 smaretfonunu təqdim edib. Bu, nisbətən aşağı satış qiymətinə sahib olmaqla demək olar flaqman texniki özəlliklər təklif edən smartfondur. Beləliklə Redmi Turbo 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712х1220 piksel keyfiyyətli 6.67 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2400 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         Redmi Turbo 3 smartfonu Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP (f/1.79 diafraqma, optik stabilizasiya, elektron stabilizasiya) + 8 MP ikili arxa kameraya və 20 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi Turbo 3 qutudan Android 14 vasitəsilə çalışır. Smartfon artıq Çində satışa çıxıb. Onun qlobal bazarda Xiaomi-nin digər brendi altında satışa çıxma şansı da var. Lakin bunun baş verib-verməyəcəyi dəqiq bilinmir. Redmi Turbo 3-ün Çin bazarındakı qiymətləri aşağıdakı kimidir.
    - 12 GB RAM + 256 GB yaddaş - 275$
    - 12 GB RAM + 512 GB yaddaş - 319$
    - 16 GB RAM + 512 GB yaddaş - 345$
    - 16 GB RAM + 1 TB yaddaş - 387$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimatdan bir gün öncə Redmi Pad Pro planşetinin bəzi texniki imkanları təqdim edilib
    teqdimatdan-bir-gun-once-redmi-pad-pro-plansetinin-bezi-texniki-imkanlari-teqdim-edilib
    Təqdimatdan bir gün öncə Redmi Turbo 3-ün ekran özəllikləri təqdim edilib
    teqdimatdan-bir-gun-once-redmi-turbo-3-un-ekran-ozellikleri-teqdim-edilib
    Xiaomi öz yeni naqilsiz qulaqlığının təqdimatını anons edib
    xiaomi-oz-yeni-naqilsiz-qulaqliginin-teqdimatini-anons-edib
    Redmi Turbo 3-ün rəsmi fotoları sərgilənib
    redmi-turbo-3-un-resmi-fotolari-sergilenib
    Redmi Pad Pro planşetinin təqdimatı anons edilib
    redmi-pad-pro-plansetinin-teqdimati-anons-edilib