
Redmi Turbo 3-ün render fotoları ortaya çıxıb
Cihazlar+
05.04.2024
Farid
Xiaomi-nin Redmi brendi artıq rəsmi şəkildə anons edib ki, bu ay ərzində Redmi Turbo 3 smartfonu təqdim ediləcək. Dəqiq təqdimat tarixi yaxın zamanda açıqlanmalıdır. İndi isə internetdə Redmi Turbo 3-ün render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfonun arxa paneli əks olunub. Fotolardan da görmək olar ki, smartfonun arxa panelində 3 ədəd kamera obyektivi və dairəvi formada LED işıqlandırma yerləşəcək. Bununla yanaşı smartfonun arxa panelində 200 MP və OIS (optik stabilizasiya) yazılarını görmək olar. Çox güman ki, bunlar smartfonun əsas arxa kamerasına aid olan göstəricilərdir. Redmi Turbo 3-ün Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
