
Redmi Turbo 3-ün rəsmi fotoları sərgilənib
Redmi brendi təqdimat tədbirini gözləmədən Redmi Turbo 3 smartfonunun fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, smartfon premium xarici görünüşə sahib olacaq və bazara 3 gövdə rəngi variantında satışa çıxacaq. Qara, yaşıl və qızılı. Bununla yanaşı smartfon ikili arxa kameranı və yastı gövdəni əldə edəcək. Qeyd etmək lazımdır ki, Redmi brendi artıq rəsmi şəkildə təsdiqləyib ki, Redmi Turbo 3 smartfonu Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Smartfonun təqdimatı isə 10 aprel tarixində baş tutacaq.



Paylaş