
Redmi Turbo 3-ün təqdimat tarixi və onun hansı prosessoru əldə edəcəyi açıqlanıb
Cihazlar+
08.04.2024
Farid
Xiaomi-nin Redmi brendi bir neçə müddət bundan öncə Redmi Turbo 3 smartfonunun təqdimatını anons etmişdi. Lakin həmin vaxtda şirkət konkret təqdimat tarixini açıqlamadı. İndi isə Redmi brendi Redmi Turbo 3-ün nə zaman təqdim olunacağını və onun hansı prosessor vasitəsilə çalışacağını açıqlayıb. Beləliklə rəsmi məlumata əsasən Redmi Turbo 3 artıq 10 aprel tarixində təqdim olunacaq. Sərgilənmiş rəsmi posterə əsasən spözügedən smartfon Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Şirkət həmçinin bildirib ki, bu prosessor sayəsində Redmi Turbo 3 AnTuTu bençmarkında ümumilikdə 1 754 299 xal toplayır.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Redmi Turbo 3-ün render fotoları ortaya çıxıb
Xiaomi-nin Redmi brendi artıq rəsmi şəkildə anons edib ki, bu ay ərzində Redmi Turbo 3 smartfonu təqdim ediləcək.

Cihazlar+
Xiaomi Smart Band 9 qolbağı təqdimata hazırlaşır
Xiaomi şirkəti keçən il Xiaomi Smart Band 8 smart qolbağını təqdim etmişdi. İndi isə şirkətin onun davamçısı olacaq Smart Band 9 üzərində çalışır.

Proqram Təminatı
Bu il son sistem yenilənməsini əldə edəcək Xiaomi, Redmi və POCO smartfonlarının siyahısı təqdim edilib
Xiaomi, Redmi və POCO-nun HyperOS-i əldə etməyəcək smartfonları bu il ərzində son sistem yenilənməsi ilə təmin olunacaqlar.

Cihazlar+
Redmi K80 smartfonları hansı prosessorları və hansı həcmdə batareyanı əldə edəcəklər?
Xiaomi-nin Redmi brendi bu ilin sonuna yaxın Redmi K80 smartfon seriyasını təqdim etməlidir.

Cihazlar+
Xiaomi TV S85 smart televizoru təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Çində mini-LED ekrana sahib yeni smart televizorunu təqdim edib. Şirkətin yeni smart televizoru Xiaomi TV S85 adlanır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
