
Redmi Turbo 3-ün təqdimatı anons edilib
Cihazlar+
01.04.2024
Emil
Xiaomi-nin Redmi brendi öz yeni smartfonunun təqdimatını anons edib. Söhbət, Redmi Turbo 3-dən (Redmi Note 13 Turbo) gedir. Brendin rəsmi anonsuna əsasən smartfon bu ay ərzində təqdim olunacaq. Dəqiq təqdimat tarixi isə daha sonra açıqlanacaq. Son məlumatlara əsasən Redmi Turbo 3 smartfonu yastı ekranı əldə edəcək və Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enejri tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
