Logo
    main-post-cover

    REDMI Turbo 4 Pro-nun hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi məlum olub

    Cihazlar+
    17.03.2025
    Emil
         Xiaomi-nin REDMI brendi yanvar ayının əvvəlində REDMI Turbo 4 smartfonunun təqdim etmişdi. İndi isə onun Pro versiyası təqdimata hazırlaşır. Məlum olub ki, REDMI Turbo 4 Pro smartfonu Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Bunun sayəsində smartfonun hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi ortaya çıxıb. Beləliklə sertifikatlaşdırma agentliyinin məlumatlar bazasına əsasən REDMI Turbo 4 pro smartfonu 90 vatt gücündə sürətli şarj tenxologiyasının dəstəyini əldə edəcək.
         Qeyd etmək lazımdır ki, yanvar ayında təqdim edilmiş adi REDMI Turbo 4 modeli də 90 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Son məlumat sızıntılarına inansaq, REDMI-nin bu yeni smartfonu 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və hələ təqdim olunmamış Snapdragon 8s Elite prosessoru vasitəsilə çalışacaq. REDMI Turbo 4 Pro-nun 7000 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir.
    Paylaş