Logo
    main-post-cover

    REDMI və POCO brendlərini əhatə edən 9 ədəd smartfonun rəsmi dəstəyi dayandırılıb

    Cihazlar+
    05.02.2025
    Emil
         Xiaomi şirkəti REDMIPOCO brendlərini əhatə edən bəzi smartfonların rəsmi dəstəklərini dayandırıb. Belə ki, bu brendləri əhatə edən 9 ədəd smartfon şirkətin EoS (End of Support) siyahısına daxil edilib. Qeyd etmək lazımdır ki, bu siyahıya daxil olmuş smartfonlar şirkətin rəsmi dəstəyindən məhrum olurlar. Bu isə o deməkdir ki, şirkət həmin smartfonları artıq əməliyyat sistemi, istifadəçi interfeysi və təhlükəsizlik yenilənmələri ilə təmin etmir. Başqa sözlə desək, smartfonlarda proqram təminatı dəstəyi tamamilə dayandırılır. Bu dəfə Xiaomi özünün EoS siyahısına aşağıdakı smartfonları əlavə edib.
    - REDMI Note 11/11 5G/11 SE
    - REDMI Note 11S/11S 5G
    - REDMI 10 2022/10C
    - POCO M4 Pro
    - POCO X4 Pro 5G.
    Mənbə: Gizmochina
     
    Paylaş