Logo
    main-post-cover

    RedNote-un uğuru yeni fond yaradır

    Cihazlar+
    26.05.2026
    Sevinj
        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Çinin məşhur sosial ticarət və məzmun platforması olan RedNote yenidən investorların diqqət mərkəzinə düşüb. Şirkətin ilk investorlarından biri olan GSR Ventures, RedNote-dakı payını əsas üstünlük kimi göstərərək Çinə yönəlmiş yeni 350 milyon dollarlıq vençur fondu yaratmağa hazırlaşır.
        Bloomberg-in məlumatına görə, fonda investisiya edəcək tərəflərə GSR Ventures-un mövcud fondu vasitəsilə RedNote səhmlərinə dolayı çıxış imkanı təqdim oluna bilər. Bu addım həm də 10 ildən artıq yaşı olan mövcud GSR fondu üçün potensial çıxış mexanizmi yarada bilər. Hazırda GSR Ventures öz portfelində RedNote-u təxminən 50 milyard dollar dəyərində qiymətləndirir. Bu isə 2025-ci ilin ilk yarısında qeydə alınmış 31 milyard dollarlıq qiymətləndirmə ilə müqayisədə təxminən 61 % artım deməkdir. Eyni zamanda, 2025-ci ilin sonlarında baş tutan ikinci bazar əməliyyatları zamanı da Xiaohongshu üçün oxşar, 50 milyard dollarlıq qiymətləndirmə qeyd olunmuşdu.
    What is RedNote - the Chinese social media app TikTok users are 'migrating'  to ahead of potential US ban | Science, Climate & Tech News | Sky News
        2013-cü ildə Charlwin Mao Wenchao və Miranda Qu Fang tərəfindən yaradılan RedNote tez-tez “Pinterest və Instagram qarışığı” kimi xarakterizə edilir. Platforma xüsusilə ötən il ABŞ-də TikTok-un qısamüddətli qadağası zamanı istifadəçilərin kütləvi şəkildə ora keçməsi ilə beynəlxalq diqqət qazanmış və ABŞ App Store-da ən çox yüklənən pulsuz tətbiqə çevrilmişdi.
        Məlumatlara görə, RedNote 2023-cü ildə mənfəət əldə etməyə başlayıb. Şirkətin illik gəliri 3,7 milyard dollar, xalis mənfəəti isə təxminən 500 milyon dollar olub. Şirkətin investorları arasında Tencent, Alibaba, Hillhouse, Boyu Capital və əvvəllər Sequoia China kimi tanınan HongShan da yer alır. Bununla yanaşı, investorlar hələ də uzun müddətdir gözlənilən IPO-nun reallaşmasını gözləyirlər.
    Paylaş
    Bənzər xəbərlər