main-post-cover

    Refurbished (yenilənmiş) iPhone-u necə tanıyaq?

    Cihazlar+
    06.07.2022
    Farid Pardashunas
        Ucuz iPhone almaq istəyərkən başımıza gələ biləcək ən pis hadisələrdən biri yeni adı ilə istifadə olunmuş, yenidən qablaşdırılmış, Apple tərəfindən yenilənmiş və yaxud vitrində sərgilənmiş iPhone modelini almaq olar. Bəs ucuz iPhone alan zaman nəyə diqqət etməliyik ki aldanmayaq? Hamının ref adlandırdığı Refurbished məhsul nə mənaya gəlir? Smartfonun Refurbished yəni şirkət tərəfindən yenilənmiş olduğunu haradan öyrənə bilərik? Bütün bu suallara Azercell-in təqdimatında Tech-Help-də cavab axtarırıq.
        Gəlin ilk olaraq Refurbished iPhone-ların nə olduğunu başa düşək. Refurbished iPhone-lar müxtəlif səbəblərdən Apple-a qaytarılan və şirkətin həmin cihazları təmamilə yeniləyib yenidən satışa çıxardığı telefonlardır. Təmamilə yenilənmə deyəndə isə, mövcud texniki problemi həll edilmiş, gövdəsi və batareyası yenisi ilə əvəzlənmiş eyni zamanda yenidən qablaşdırılmış cihazdan söhbət gedir. Yəni, Apple bir sözlə cihazı yenidən emal edir və bunu daha aşağı qiymətə rəsmi formada satır. Hər bir cihazında olduğu kimi Apple Refurbished iPhone-larına da rəsmi zəmanət verir. 
        Əslində siz özünüz də bu videonun açıqlama qismində yerləşdirəcəyimiz link vasitəsilə birbaşa Apple tərəfindən təqdim olunan Refurbished cihazlarla tanış olub, onları əldə edə bilərsiniz. Okey, Refurbished nədir başa düşdük - qiyməti ucuz, apple təminatlı, yenilənmiş smartfon. Lakin bu anlayışı başa düşməyən insanlar bəzən işbazların qurbanı ola bilirlər. Daha ucuz iPhone satdığını iddia edən bəzi satıcılar bazarda belə iPhone-ları yeni iPhone adı ilə rahatlıqla satırlar. Refurbished məhsulları yenisindən fərqləndirmək demək olar ki, az qala mümkünsüz olduğundan istehlakçılar da bu cihazları ucuz olduqları üçün yeni adı ilə alırlar. 
        Amma əgər siz Technote izləyicisinizsə sizi aldatmaq elə də asan olmayacaq. Çünki sizə elə indi Refurbished cihazları necə yəqin edəcəyinizlə bağlı çox faydalı bir məlumat verəcəm. Gəlin başlayaq model nömrəsindən. Apple hər bir cihazını identifikasiya etmək üçün ona fərdi model nömrəsi təyin edir. Bu model nömrələri isə hərf və rəqəm kombinasiyalarından təşkil olunur. Apple rəsmi olaraq bunu saytında qeyd etməsə də özlərinin təyin etdikləri model nömrələrinin ilk hərfləri əslində bir mənanı ifadə edir. Əgər siz iPhone-unuzda sazlamalar, açılan səhifədən general, daha sonra about hissəsinə daxil olsanız, cihazının model nömrəsini tam dəqiq görəcəksiniz.
        Bu model nömrələri adətən 4 fərqli hərf ilə başlayır. M,N,F və P. Əgər sizin cihazın model nömrəsi M hərfi ilə başlayırsa, bu cihazınız birbaşa Apple-dan heç bir müdaxilə olmadan tam yeni formada sizə çatdığını ifadə edir. Növbəti hərf isə N hərfidir. Bu hərf ilə başlayan cihazlar adətən mağazalarda vitrində satış üçün nəzərdə tutulmayan demo cihazlarda istifadə olunur. Bu modellər Apple tərəfindən istifadəçilərin mağazada təcrübə yaşamaları üçün istehsal olunur. Tam dəqiq desək, yeni modellərdən heç nəyi ilə fərqlənmirlər. Sadəcə Apple bu cihazlara fərqli model nömrəsi veərərək yenidən satışının qarşısını alır.
        Və gəldik F hərfinə. Yenə də üzərində dayanaraq qeyd edək ki, bu məlumatı Apple rəsmi olaraq vermir. Lakin, internetdə olan istifadəçi təcrübələri əsasında formalaşıb ki, F hərfi ilə başlayan model nömrələrinin əksəriyyəti Refurbished dediyimiz yəni şirkət tərəfindən yenidən istehsala gedən cihazlara məxsusdur. Yəni cihazının model nömrəsi F hərfi ilə başlayırsa Refurbished olma ehtimalı çox yüksəkdir. Sonda olan P hərfinə isə çox az rastlanılır və adətən şəxsiləşdirilmiş iPhone-larda belə model nömrələri olur. Məsələn, qızıl gövdəli iPhone 13 Pro. Amma bu məlumatlar da tam olaraq cihaz barəsində məlumat vermir. Əgər sizin iPhone-nun model nömrəsi  F hərfi ilə başlayırsa və Refurbished olduğu şüphəsi yaranıbsa məsləhətdir ki, Alma Servis-də cihazı yoxlatdırasınız. Ən dəqiq, rəsmi məlumatı onların daxili sistemi sizə verəcək.
        Belə dostlar, ümid edirəm bu məlumat sizlər üçün faydalı oldu, əgər iPhone istifadə edirsinizsə, dərhal qeyd edilən məlumatı yoxlayıb, fikirlərinizi rəy bölməsində bölüşün. Görək, sizin cihazın model nömrəsi hansı hərf ilə başlayır. Bu videonu isə iPhone istifadə edən dostlarınıza göndərməyi unutmayın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər