Rəsmi: Bu il OnePlus 8T seriyasında Pro model olmayacaq

Rəsmi: Bu il OnePlus 8T seriyasında Pro model olmayacaq

Mobil Cihazlar
29.09.2020 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti bu il OnePlus 8T seriyasının Pro modelini təqdim etməyəcək. İndi isə bu məlumat öz təsdiqini tapıb. Bu barədə Gagadget saytı xəbər verib. Bu cür bəyanatı OnePlus şirkətinin CEO-su Pete Lau, Weibo sosial şəbəkəsindəki hesabında verib. Onun sözlərinə əsasən OnePlus 8 Pro modeli təkmilləşdirilmiş versiyaya ehtiyac duymur və onu əldə etmək istəyənlər OnePlus 8T-nin satışa çıxmasından sonra da bunu edə biləcəklər. Bununla yanaşı o qeyd edib ki, 14 oktyabr tarixində baş tutacaq təqdimat tədbiri çərçivəsində OnePlus şirkəti OnePlus 8T-dən başqa digər yeni məhsullarını da təqdim edəcək.

    Gözləntilərə əsasən şirkət yeni büdcəli OnePlus Nord modelini, OnePlus Buds Z naqilsiz qulaqlıqlarını, OnePlus Watch smart saatını və 65 vatt gücündə şarj cihazını təqdim edəcək. Son məlumat sızıntılarına əsasən OnePlus 8T smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.55 düym AMOLED ekran, Snapdragon 865+ prosessoru, 12 GB-a kimi RAM, 256 GB-a kimi daxili yaddaş həcmi, 65 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya və 48 MP + 16 MP + 5 MP + 2 MP dördlü arxa kamera ilə təchiz olunacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...


Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib

Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib. Patent sənədinə əsasən cihazın ekranı xa..


Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər ver..

Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhu..

×