Rivian Apple Watch üçün tətbiq təqdim etdi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ABŞ elektrik avtomobil istehsalçısı Rivian Apple Watch üçün yeni tətbiqini istifadəyə verib. Yeni tətbiq sayəsində istifadəçilər smartfon olmadan da avtomobillərinin bir sıra funksiyalarını idarə edə biləcəklər.
Şirkətin açıqlamasına görə, artıq avtomobil sahibləri telefonlarını evdə və ya avtomobilin əlcək bölməsində qoyaraq yalnız saat vasitəsilə qapıları açıb-bağlaya, siqnalizasiyanı aktivləşdirə və pəncərələri ventilyasiya rejiminə keçirə bilərlər. Xüsusilə R1S və R1T modellərinin ikinci nəsil (Gen 2) versiyaları üçün rəqəmsal açar funksiyası daha da genişləndirilib. Rəqəmsal açar qurulduqdan sonra avtomobilə yaxınlaşmaq kifayətdir. “Passiv açar” funksiyası sayəsində qapılar avtomatik açılır. Bu texnologiya Apple-ın 2020-ci ildən təqdim etdiyi rəqəmsal açar sisteminə əsaslanır.
Apple Watch tətbiqi vasitəsilə istifadəçilər salon temperaturunu tənzimləyə və batareyanın hədəf enerji səviyyəsini Digital Crown vasitəsilə dəyişə bilərlər. Bundan əlavə, tətbiqdə dörd sürətli idarəetmə funksiyasını əsas ekranda yerləşdirmək mümkündür. İstifadəçilər həmçinin saatın “watch face” hissəsinə batareya səviyyəsi indikatoru əlavə edə bilərlər.
Paylaş