Roblox videozəng xidmətini bağlayır
Roblox 2023-cü ildə istifadəyə verdiyi Roblox Connect videozəng xidmətini rəsmi olaraq dayandırdığını açıqlayıb. Şirkət bu qərarı istifadəçilərin əsasən Party Voice səsli söhbət funksiyasına üstünlük verməsi ilə izah edib. Roblox Connect istifadəçilərə avatarları vasitəsilə videozəng etməyə imkan verirdi. Xidmət real vaxtda istifadəçinin üz ifadələrini və baş hərəkətlərini avatarına ötürür, eyni zamanda zəng zamanı iştirakçılar ortaq virtual məkanda birlikdə hərəkət edə bilirdilər.
Şirkətin sözçüsü Angela Allison bildirib ki, 13 yaş və daha yuxarı istifadəçilər artıq əsasən etibarlı dostları ilə şəxsi danışıq üçün Party Voice funksiyasından istifadə edirlər. Bu səbəbdən Roblox Connect həm istifadəçilər, həm də tərtibatçılar üçün təqdim olunan API-lərlə birlikdə tamamilə dayandırılıb. Roblox ötən ay tərtibatçılar üçün yayımladığı açıqlamada da qeyd etmişdi ki, Party Voice istifadəçilərin bugünkü ehtiyaclarına daha uyğun imkanlar təqdim edir və şəxsi səsli söhbətlər üçün daha funksional həll hesab olunur. Qeyd edək ki, Party Voice funksiyasından istifadə etmək üçün hesab sahibinin yaşını təsdiqləməsi və ən azı 13 yaşında olması tələb olunur.
Paylaş