RØDE mikrofonları artıq iPhone və iPad-ə birbaşa qoşulur
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, RODE şirkəti Wireless Pro və Wireless Go (3-cü nəsil) mikrofonları üçün yeni proqram təminatı (firmware) yeniləməsi təqdim edib. Yeniləmə ilə birlikdə cihazlara artıq Direct Connect adlı funksiya əlavə olunur. Bu xüsusiyyət daha əvvəl yalnız Wireless Micro modelində mövcud idi.
Direct Connect funksiyası sayəsində mikrofonlar artıq receiver (qəbuledici blok) olmadan birbaşa iPhone və iPad cihazlarına Bluetooth vasitəsilə qoşula bilir. Bunun üçün istifadəçilərə yalnız RODE Capture tətbiqi kifayətdir. Şirkət bildirir ki, bu yenilik mikrofonların məşhur olduğu “broadcast keyfiyyətli” səs səviyyəsinə heç bir mənfi təsir göstərmir. Sistem əvvəlki kimi iki ötürücü ilə işləməyi dəstəkləyir. İstifadəçilər səsi:
- Merged rejimində (iki mikrofonun səsi bir stereo trekdə birləşdirilir)
- Split rejimində (hər mikrofon ayrı kanalda yazılır və post-prodakşnda daha çevik montaj imkanı yaradır)
formatında qeyd edə bilərlər.
Fiziki receiver qurmaq məcburiyyətinin aradan qalxması xüsusilə mobil kontent yaradıcıları üçün böyük rahatlıq yaradır. Bu, həm çəkiliş prosesini sadələşdirir, həm də daha portativ həll təqdim edir.
Paylaş
Bənzər xəbərlər