Logo
    main-post-cover

    Roland Go:Mixer Studio təqdim olundu: Telefon üçün tam funksiyalı mobil musiqi studiyası

    Cihazlar+
    20.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Roland mobil cihazlar üçün daha funksional audio mikseri olan Go:Mixer Studio modelini təqdim edib. Bu yeni cihaz smartfon və planşetləri tam funksiyalı mobil musiqi studiyasına çevirməyi hədəfləyir.
    Roland - GO:MIXER STUDIO | Audio Mixer/Interface
        Əvvəlki Go:Mixer modelləri əsasən canlı yayımlar və sürətli demo yazılışları üçün uyğun idisə, Go:Mixer Studio daha peşəkar istifadəni nəzərdə tutur. Cihaz 24-bit / 192 kHz keyfiyyətində səs yazılışını dəstəkləyir, daha çox giriş-çıxış portları və daxili effektlər təqdim edir. Bundan əlavə, xüsusi iOS tətbiqi vasitəsilə eyni anda həm video, həm də çoxkanallı audio yazmaq mümkündür. Go:Mixer Studio əsasən striming və sosial şəbəkələr üçün video məzmun yaradanlar üçün nəzərdə tutulub. Mikser mikrofon dayağına bərkidilə bilir ki, bu da canlı sessiyalar zamanı istifadəsini daha rahat edir. Üzərindəki ekran və fiziki düymələr vasitəsilə bütün parametrləri birbaşa idarə etmək mümkündür. Eyni zamanda Windows və macOS üçün təqdim olunan masaüstü proqramı mikseri uzaqdan tam nəzarətdə saxlamağa imkan verir.
        Bağlantı imkanları kifayət qədər genişdir: arxa hissədə phantom power dəstəyi olan iki XLR giriş, gitara və ya bas üçün 1/4 düymlük instrument girişi, stereo line-in portları və əlavə aux girişi mövcuddur. Bundan başqa, 3.5 mm TRS MIDI giriş-çıxışı, iki qulaqlıq çıxışı və studiya monitorları üçün stereo line-out portları da yer alır. Hər bir audio kanal üçün ayrıca EQ və kompressor mövcuddur, XLR və instrument girişlərində isə reverb effekti də istifadə edilə bilir. Go:Mixer Studio hazırda 299 dollar qiyməti ilə satışdadır.
    Paylaş