
Sabah təqdim ediləcək Honor 80 Pro hansı özəlliklərə sahib olacaq?
Cihazlar+
22.11.2022
Emil
Sabah təqdim ediləcək Honor 80 smartfon seriyasında əsas diqqət məhz Honor 80 Pro modelinə ayrılacaq. Belə ki, flaqman texniki özəllikləri məhz Honor 80 Pro modeli əldə edəcək. Lakin sözügedən smartfon hansı flaqman texniki özəllikləri əldə edəcək? Bu barədə məlumat internetdə ortaya çıxıb. Beləliklə Honor 80 Pro smartfonu özündə 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli AMOLED ekranı birləşdirəcək. Adi Honor 80-də olduğu Pro versiya da 50 MP + 50 MP ikili ön kamera ilə təchiz olunacaq. Lakin adi modeldən fərqli olaraq Honor 80 Pro flaqman Snapdragon versiyası vasitəsilə çalışacaq.
Söhbət, Snapdragon 8+ Gen 1 prosessorundan gedir. Bununla yanaşı smartfon 12 GB-a kimi RAM yaddaşı və 512 GB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaq. Smartfonu digərlərindən fərqləndirəcək əsas özəllik ondan ibarət olacaq ki, o, 160 MP-lik əsas arxa kameranı özündə birləşdirəcək. Ümumilikdə isə Honor 80 Pro üçlü arxa kamera ilə təchiz olunacaq. Smartfonun 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir. Heç istisna deyil ki, Honor-un yeni flaqman smartfonu həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləsin. Honor 80 Pro-nun satış qiyməti 630$-dan başlayacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
