Logo
    main-post-cover

    Sahibinin virtual kopyasını yaradan süni zəka əsaslı smartfon təqdim edilib

    Cihazlar+
    06.03.2025
    Emil
         Barselonada artıq başa çatmış MWC 2025 sərgisində, Newnal şirkəti süni zəka əsaslı unikal smartfonunu təqdim etdi. Bu cihazın ekranı iki ayrı hissəyə bölünüb. Bunlardan biri sahibinin virtual avatarnı nümayiş etdirmək üçün nəzərdə tutulub. Şirkət bu rəqəmsal surəti "Another-I" (Digər Mən) adlandırır. Avatar istifadəçinin köhnə və cari məlumatlarından istifadə edərək onun görünüşünü, səsini, vərdişlərini və digər xüsusiyyətlərini təqlid edir.
         Virtual avatar smartfonun yuxarı hissəsindəki kiçik ekranda "yaşayır". Onu aktivləşdirmək üçün cihazın yan tərəfində xüsusi böyük düymə yerləşdirilib. Avatarın təlimatlandırılması üçün Google və digər məşhur xidmətlərdən məlumatlar tələb olunur. İstehsalçı məlumat təhlükəsizliyini xüsusi vurğulayır. Bütün məlumatlar etibarlı şəkildə şifrələnir. Məlumatlar hissələrə bölünərək fərqli bulud serverlərində saxlanılır. Yalnız cihaz sahibi bu məlumatlara tam giriş əldə edə bilər.
         Şirkət sistemin etibarlılığını və təhlükəsizliyini sübut etmək üçün rəsmi saytında geniş texniki sənədlər dərc edib. Newnal smartfonunun əsas ideyası ondan ibarətdir ki, rəqəmsal avatar sahibinin yerinə müxtəlif tapşırıqları yerinə yetirə bilsin. Məsələn, avatar tamamilə müstəqil şəkildə avtomobil üçün sığorta polisini rəsmiləşdirə və hətta avtomobil ala bilər. İstifadəçidən yalnız tapşırığı təyin etmək kifayətdir. Newnal gələcəkdə öz proqram təminatını digər smartfon istehsalçılarına təqdim etməyi planlaşdırır. Şirkət həmçinin öz cihazını kommersiya bazarına çıxarmağa hazırlaşır.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər