Logo
    main-post-cover

    Samsung 2026 üçün 6K, 3D və 1.040Hz-lik gaming monitorlarını təqdim etdi

    Cihazlar+
    24.12.2025
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Samsung 2026-cı il üçün nəzərdə tutulan yeni Odyssey gaming monitor seriyası ilə oyun monitorları bazarında ciddi yeniliklər vəd edir. Şirkətin ən diqqətçəkən modeli Odyssey 3D G90XH olub, 32 düymlük 6K təsvir ölçülü və eynəksiz 3D texnologiyalı ilk gaming monitor kimi təqdim edilir.
    Samsung's 2026 gaming monitors promise 6K, 3D, and up to 1,040Hz | The Verge
        Bu model IPS panelə, istifadəçinin göz mövqeyini izləyən real-time eye-tracking sisteminə və baxış bucağına görə dərinliyi avtomatik tənzimləyən 3D effektlərə malikdir. Standart rejimdə monitor 165Hz, “Dual Mode” funksiyası ilə isə 3K təsvir ölçüsündə 330Hz yenilənmə tezliyi təklif edir. Yeni Odyssey 3D Samsung-un ötən il CES sərgisində göstərdiyi 27 düymlük və 4K modellə müqayisədə daha böyük ekran və daha yüksək çözünürlük təqdim edir. Hazırda Stellar Blade, Lies of P: OvertureThe First Berserker: Khazan oyunları bu monitor üçün xüsusi optimizasiya olunub. Bundan əlavə, Black Myth: Wukong, Hogwarts Legacy, PalworldSilent Hill 2 kimi oyunlar da 3D effektləri dəstəkləyir.
        Samsung-un 2026 xəttində digər maraqlı yenilik isə Odyssey G6 G60H modelidir. Şirkət bu monitoru dünyanın ilk 1.040Hz yenilənmə tezlikli gaming monitoru kimi təqdim edir. 27 düymlük ekran HD rejimində 1.040Hz, native 1440p təsvir ölçüsündə isə 600Hz-ə qədər sürət təklif edir və AMD FreeSync Premium ilə NVIDIA G-Sync dəstəyi mövcuddur.
    Paylaş