
Samsung 3 yeni qatlana bilən smartfon üzərində çalışır
Cihazlar+
02.02.2024
Emil
Məşhur insayder Roland Quandt-ın vermiş olduğu məlumata əsasən Samsung şirkəti hal-hazırda 3 yeni qatlana bilən smartfon üzərində çalışır. Məlumatda qeyd edilib ki, sözügedən smartfonlar Q6, B6 və Q6A kod nömrələrinə sahibdirlər. Məlumdur ki, Q6 və B6 kod nömrələri altında Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları dayanır. İnsayder bildirib ki, Q6A kod nömrəsi altında isə Galaxy Z Fold 6-nın daha sadələşdirilmiş versiyası dayanır.
Qeyd etmək lazımdır ki, son bir neçə ay ərzində ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti öz ilk büdcəli qatlana bilən smartfonu üzərində çalışır. Çox güman ki, söhbət, məhz Galaxy Z Fold 6-nın sadələşdirilmiş versiyasından gedir. Təəssüflər olsun ki, sadələşdirilmiş versiyanın texniki imkanları barəsində məlumat yoxdur. Heç istisna deyil ki, o, bazara Galaxy FE seriyası çərçivəsində satışa çıxsın. Galaxy Z Fold 6 ilə Z Flip 6 smartfonlarına gəldikdə isə onların yay fəslində təqdim olunacaqları gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
