main-post-cover

    Samsung 4 cihazının dəstəyini dayandırıb

    Cihazlar+
    05.10.2023
    Emil Nəcəfov
        Samsung şirkəti 4 cihazının dəstəyinin dayandırıldığını elan edib. Söhbət, Galaxy A90 5G, Galaxy M10s, Galaxy M30s smartfonlarından və Galaxy Tab S6 planşetindən gedir. Bu cihazlar artıq Android və hər ay ərzində təqdim edilən təhlükəsizlik yenilənmələrini əldə etməyəcəklər. Qeyd etmək lazımdır ki, adları sadalanmış bu cihazlar 2019-cu ildə satışa çıxmışdılar. Galaxy Tab S6 planşetinin ən son əldə etmiş olduğu Android versiyası Android 12 oldu. Smartfonlara gəldikdə isə modellərdən asılı olaraq onlar ya Android 10 ya da Android 11 vasitəsilə çalışırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər