main-post-cover

    Samsung 8 yanvar tarixində Galaxy S24 smartfonlarındakı süni zəka funksiyalarından danışacaq

    Cihazlar+
    08.12.2023
    Emil Nəcəfov
         Samsung şirkəti 8 yanvar tarixində ABŞ-da baş tutacaq xüsusi tədbirinin posterini təqdim edib. Tədbir CES 2024 sərgisinin startından bir gün qabaq keçiriləcək. Posterdən də görmək olar ki, baş tutacaq tədbir süni zəkaya həsr olunacaq. Heç istisna deyil ki, tədbir çərçivəsində həmçinin Galaxy S24 smartfonlarında reallaşdırılmış süni zəka funksiyalarına da diqqət ayrılacaq. Samsung özü Galaxy S24 smartfonları barəsində heç bir məlumat verməsə də Ice Universe ləqəbli məşhur insayder bildirib ki, istifadəçilər Galaxy S24 smartfonlarında bəzi süni zəka funksiyalarını görə biləcəklər. Qeyd etmək lazımdır ki, 8 yanvar tarixində Galaxy S24 smartfon seriyasının təqdimatını gözləmək lazım deyil. Belə ki, onun yanvar ayının ortasında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Tab Active 5 Pro planşetinin real fotosu ortaya çıxıb
    samsung-galaxy-tab-active-5-pro-plansetinin-real-fotosu-ortaya-cixib
    Qatlana bilən smartfonlar bazarı ələ keçirməyə davam edirlər
    qatlana-bilen-smartfonlar-bazari-ele-kecirmeye-davam-edirler
    Android 14 dəstəkli OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy M14 5G üçün istifadəyə verilib
    android-14-destekli-oneui-60-in-stabil-versiyasi-samsung-galaxy-m14-5g-ucun-istifadeye-verilib
    Samsung Galaxy A25 5G-nin satış tarixi və qiyməti ortaya çıxıb
    samsung-galaxy-a25-5g-nin-satis-tarixi-ve-qiymeti-ortaya-cixib
    Samsung Galaxy S24 Ultra ilə Galaxy S23 Ultra-nın gövdələri müqayisə edilib
    samsung-galaxy-s24-ultra-ile-galaxy-s23-ultra-nin-govdeleri-muqayise-edilib