
Samsung AI Phone və AI Smartphone əmtəə nişanlarını qeydiyyatdan keçirtmək istəyir
Cihazlar+
28.11.2023
Emil
Görünür, Samsung şirkəti təqdim ediləcək Galaxy S24 smartfon seriyasının modellərini üstəlik süni zəka texnologiyasına istiqamətlənmiş cihazlar kimi qələmə verəcək. Məsələ burasındadır ki, şirkət AI Phone və AI Smartphone adlı əmtəə nişanlarının qeydiyyatdan keçirilməsi sorğusunu göndərib. Bunların çox ümumi adlar olduqları üçün Samsung çox güman ki, onları qeydiyyatdan keçirə bilməyəcək. Lakin şirkətin bu cür cəhdi etməsi artıq onun yaxın gələcəkdə hansı istiqamətdə gedəcəyindən xəbər verir. Sözügedən əmtəə nişanlarını qeydiyyatdan keçirtmədən də şirkət onları öz marketinq məqsədlərində istifadə edə bilər. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung öz smartfonlarına süni zəka texnologiyasını inteqrasiya etməyi planlaşdırır. Lakin bunun hansı səviyyədə baş tutacağı tam aydın deyil.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
